2017-ci ildə Azərbaycandan 1 milyard 540 milyon ABŞ dolları məbləğində qeyri-neft məhsulları ixrac olunub.
Bunu Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov bildirib.
"Qeyri-neft ixracı sahəsində qida məhsullarının payı 40 faizdən çox, təxminən 650 milyon dolları civarındadır. Azərbaycanın qida məhsulları təkcə MDB ölkələrinin bazarlarına deyil, yeni bazarlara, o cümlədən Şərqi Asiya, Avropa İttifaqı və Körfəz ölkələrinə, Çinə, Afrika qitəsinə də ixrac olunur", - deyə AZPROMO rəhbəri qeyd edib.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...