Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafın dövlət proqramının icrasının 4-cü ilinin yekunlarına həsr olunan konfrans əhəmiyyətlidir. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.Onun sözlərinə görə, Regionlarda 2014-2018-ci illərdə iqtisadiyyatın inkişafına böyük təkan verə biləcək layihələr həyata keçirilib və regionların bu proqramlar nəticəsində siması dəyişib: “Bu dövlət Proqramları ölkəmizdə iqtisadi dönüş yaratdı. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan dünya miqyasında lider dövlətlər arasındadır.Xarici sərmayələr göstərir ki, Azərbaycana inam, həyata keçirilən siyasətə dəstək var, ölkənin gələcəyinə ümidlər çox böyükdür. Bu proqramlar nəticəsində kənd əhalisinin torpağa qayıdışı təmin edildi. Regionlarda əsasən kənd təsərrüfatının inkşafına daha çox diqqət yetirildi. Aqroparklar, sənaye parkları, sənaye məhəllələri yaradıldı buda bu sahələrin inkişafının sürətlənməsinə səbəb oldu. Sahibkarlara güzəştli kreditlərin verilməsi, torpaq vergisindən başqa digər vergilərdən uzun müddətli azad edilməsi yoxlamaların dayandırılması sahibkaralara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Son 14 ildə ölkə iqtisadiyyatına 231 milyard sərmayə qoyulub. Bu isə ölkə iqtisadiyyatının inkişafının sürətlənməsinə və dayanıqlı olmasına xidmət edir.Ölkə iqtisadiyyatının sürətli inkişafı bir sıra sosial layihələrin həyata keçirilməsinə şərait yaratdı. Ölkəmizin bütün regionlarında məktəblərin tikintisi, səhiyyə ocaqlarının tikintisi, yenidən qurulması, idman sağlamlıq mərkəzlərinin yaradılması, park və xiyabanların yaradılması Azərbaycan xalqının sosial şəraitinin yaxşılaşmasına xidmət göstərən layihələrdəndir. Son vaxtlar yol infrastrukturuna göstərilən diqqət əhalinin daha rahat gediş gəlişini təmin etməyə xidmət göstərir. Regionlar qazlaşdırma prosesi tam yerinə yetirilib. Su təsərrüfatının inkişafı, su anbarlarının yaradılması suvarılan torpaqların miqdarının artırılmasına nail oldu. Buda məhsul bolluğu yaratmağa xidmət göstərən amildir. Ümumilikdə regionların sosial iqtisadi inkişafının sürətlənməsi ölkəmizin nüfuzunun daha da artırılmasına xidmət göstərir. Pezident İlham Əliyevin regionlara səfərləri həmin regionlarda sosial iqtisadi inkişafı daha da sürətləndirilməsinə səbəb olur. Bundan sonra da ölkəmizin iqtisadiyyatının inkişafı Möhtərəm Prezidentimizin rəhbərliyi ilə davam edəcək və Azərbaycan xalqının rifahı daha da yaxşılaşacaqdır.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...