Ağdam rayonunda Əfətli–Hacıturalı–Həsənxanlı avtomobil yolunun tikintisi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən sürətlə davam etdirilir. Beş min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 yanvar tarixli Sərəncamı ilə dövlət büdcəsindən 2 milyon manat vəsait ayrılıb.Tikintidə iş icraçısı bildirib ki, uzunluğu 5,4 kilometr olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir. Tikinti işləri çərçivəsində yolun deformasiyaya uğrayan hissələri qazılaraq çıxarılıb, 10 metr enində yeni torpaq yatağı inşa olunub. İki hərəkət zolaqlı yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Layihə çərçivəsində yola müxtəlif yerlərdə 27 ədəd dəmir və beton suötürücü boru qoyulub.Hazırda yola ikiqat olmaqla, 10 santimetr qalınlığında yeni asfalt-beton örtüyü döşənir. Artıq 3,5 kilometr hissədə asfalt-beton örtüyünün döşənməsi başa çatıb. Avtomobil yolunun tikintisinə lazımi sayda işçi və texnika cəlb edilib. Yolun tikintisinin qısa vaxtda başa çatdırılması nəzərdə tutulur.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...