PDF Oxu

İqtisadiyyat

  • 3 369

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nəqliyyat nazirlərinin IX toplantısı keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nəqliyyat nazirlərinin IX toplantısı keçiriləcək

Mayın 3-də Türkmənistanın “Avaza” Milli Turizm Zonasında nəqliyyat sahəsinə həsr olunmuş beynəlxalq forum keçiriləcək.AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nəqliyyat nazirlərinin IX toplantısının keçirilməsi də nəzərdə tutulub.Toplantıda nəqliyyat potensialının səmərəli istifadəsi, həmçinin turizm sektorunda əlaqələrin genişləndirilməsi, investisiya fəaliyyətinin təşviqi kimi nəqliyyat və logistika sahəsində faydalı əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq.Bundan başqa, beynəlxalq nəqliyyat əməkdaşlığı mövzusuna həsr olunmuş sərgi də təşkil olunacaq.
AZƏRTAC

Digər xəbərlər