2018-ci ilin aprel ayında “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,662 milyard kilovat-saat olub. 2017-cı ilin aprel ayında isə bu rəqəm 1,738 milyard kilovat-saat təşkil edib.“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səhmdar cəmiyyət bu ilin aprel ayında öz vəzifə və funksiyaları çərçivəsində müvafiq fəaliyyətini davam etdirərək ölkənin enerji təhlükəsizliyi, istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məsələlərini həyata keçirib.Həmçinin bu dövr ərzində də enerji sisteminin müasirləşdirilməsi diqqətdə saxlanılıb. Bununla əlaqədar olaraq ictimaiyyətin məlumatlandırılması məqsədilə bir sıra tədbirlər görülüb.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...