Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə "Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar" mövzusunda elmi praktiki konfrans keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, eləcə də akademiklər, akademiyanın elmi-tədqiqat institutlarında çalışan alimlər, media nümayəndələri və digərləri iştirak edir.Tədbirin keçirilməsində məqsəd Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə reallaşan torpaq islahatları, bazar iqtisadiyyatı şəraitində ölkəmizdə torpaq idarəçiliyinin elmi-praktiki əsaslarının tədqiq edilməsi, ölkənin kadastr uçotu sisteminin modernləşdirilməsi, bu istiqamətdə təkliflərin hazırlanması barəsində müzakirə aparmaqdır.Tədbiri giriş sözü ilə açan AMEA prezidenti Akif Əlizadə konfransın aktuallığından danışıb. Müasir şəraitdə torpaq idarəçiliyin elmi əsaslara təşkilinin vacibliyini vurğulayıb.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...