PDF Oxu

İqtisadiyyat

  • 6 217

"Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar"

"Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar"

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə "Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar" mövzusunda elmi praktiki konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, eləcə də akademiklər, akademiyanın elmi-tədqiqat institutlarında çalışan alimlər, media nümayəndələri və digərləri iştirak edib.Tədbirin keçirilməsində məqsəd Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə reallaşan torpaq islahatları, bazar iqtisadiyyatı şəraitində ölkəmizdə torpaq idarəçiliyinin elmi-praktiki əsaslarının tədqiq edilməsi, ölkənin kadastr uçotu sisteminin modernləşdirilməsi, bu istiqamətdə təkliflərin hazırlanması barəsində müzakirə aparmaqdır.Tədbiri giriş sözü ilə açan AMEA prezidenti Akif Əlizadə konfransın aktuallığından danışıb. O, Müasir şəraitdə torpaq idarəçiliyin elmi əsaslara təşkilinin vacibliyini vurğulayıb. AMEA-nın prezidenti Akif Əlizadə konfransda çıxış edərək müasir şəraitdə torpaq idarəçiliyinin elmi əsaslarla təşkilinin vacibliyini qeyd edib. Akademik bildirib ki, eyni zamanda bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu torpaq islahatlarının ən mühüm xüsusiyyəti onun ciddi elmi bazaya əsaslanması və bu sahədə ən son elmi-texniki nailiyyətlərin, yeniliklərin geniş tətbiqidir.Ölkədə ilk dəfə torpaqların Elektron kadastr uçotu sistemi və torpaqların səmərəli istifadəsində Peyk Nəzarət Sisteminin qurulması barədə məlumat verən A.Əlizadə söyləyib ki, əldə edilən peyk məlumatları torpaqlardan təyinatından kənarda və qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib,müvafiq tədbirlər görməyə imkan verəcək.Daha sonra çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi daşınmaz əmlak, o cümlədən torpaq idarəçiliyində də uğurlu islahatlar həyata keçirilib: "Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə torpaqların səmərəli istifadəsinə nəzarətin mükəmməl mexanizmləri formalaşdı, torpaq sahələrinin səmərəli idarə edilməsi ilə bağlı sistemləşdirilmiş məlumat bankının yaradılması istiqamətində işlər görüldü. Bu gün Prezident İlham Əliyevin liderliyi ilə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət də Heydər Əliyev Torpaq Siyasətinin məntiqi davamıdır".Komitə sədri bildirib ki, hazırda ölkəmizdə elmi əsaslardan istifadə olunmaqla bütün sahələrdə yüksək nailiyyətlər əldə edilir. Komitə sədri Torpaqların Elektron kadastr uçotu sisteminin formalaşması prosesində qarşıya çıxan məsələlərin həll edilməsindı AMEA-nın müvafiq elmi tədqiqat institutların, gənc alimlərin fəal iştirakınln faydalı olacağını bildirdi.Daha sonra çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və qayğısı sayəsində Azərbaycanda uğurla həyata keçirilən aqrar islahatlar və onların mühüm tərkib hissəsi olan torpaq islahatlarından danışıb.Qeyd edib ki, konfrans torpaq idarəçiliyi sahəsində yeni ideyaların,müasir fikirlərin meydana gəlməsinə imkan verəcək. Daha sonra tədbir çıxış və təqdimatlarla davam edib. Konfransda torpaq idarəçiliyi və kadastr sahəsində elmi-tdqiqat işləri aparan gənc alimlərin, doktorantların və magistrlərin ən yaxşı elmi işi üzrə açıq müsabiqə elan edilib.

sia.az

Digər xəbərlər