PDF Oxu

İqtisadiyyat

  • 3 920

"Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində atılmış mühüm addımdır"

"Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində atılmış mühüm addımdır"

"Azərbaycana səfər etmək hər zaman böyük məmnunluq doğurur. Mən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı xalqınızı təbrik edirəm". SİA-nın məlumatına görə, bunu bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirib.Baronessa Emma Nikolson deyib ki, Azərbaycan 100 il əvvəl qadınlara səsvermə hüququ verib: "Mən bununla bağlı sabah keçiriləcək tədbirdə də iştirak edəcəm".Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş nazirinin Azərbaycan üzrə ticarət elçisi qeyd edib ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi ilə bağlı atılmış mühüm addımdır: "BP və SOCAR növbəti saziş imzalayıb. Bu əməkdaşlıq ölkələrimizə daha böyük fayda gətirə bilər. Bu baxımdan Böyük Britaniya ticarət əlaqələrinə xüsusi diqqət yetirir".

sia.az

Digər xəbərlər