“Yaşıl çay” FT MMC bu il ilk dəfə yaş barama tədarük edir. İyun ayının 4-də “Yaşıl çay” fermer təsərrüfatında yaş barama tədarükünə başlanıb. Təsərrüfatın rəhbəri Araz Yağubovun SİA-ya verdiyi məlumatına görə, təsərrüfatda ilkin olaraq barama istehsalı məqsədilə yem bazasının yaradılması üçün tədbirlər görülüb.Bu məqsədlə 2016-cı ildə ölkəmizə Çin Xalq Respublikasından gətirilən tut çilinglərindən ibarət intensiv tut plantasiyası salınıb. Cari ildə isə müasir yapon-çin texnologiyası əsasında 495 kvm-lik kümxana tikilib istifadəyə verilib. Kümxanada kümçülərin işini asanlaşdırmaq üçün müasir tikililər quraşdırılıb. Binada istilik və rütübət rejimini ölçmək üçün cihazlar quraşdırılıb. Mayın 4-də təsərrüfata 16 qutu ipəkqurdu verilib. İlk gündən təcrübəli kümçülər bu işə cəlb edilib.Barama sarınması üçün isə İrandan 1500 metr xüsusi tor gətirilib barama saxlanan rəflərə qoyulub. Görülən aqrotexniki tədbirlər öz bəhrəsini verib. Öz keyfiyyətli təbii çayı ilə tanınan “Yaşıl çay”çılar indi də baramaçılıqda böyük uğur qazanıblar. Budur, düz 1 aydan sonra “Yaşıl çay” fermer təsərrüfatı yaş barama tədarükünə başlayıb.Barama yığıldıqca bu məqsədlə hazırlanmış yerə aparılıb təhvil verməyə hazırlanır. Araz Yağubov bildirib ki, tədarük edilən barama bir neçə gündən sonra Şəki ipək Kombinatının əməkdaşlarına təhvil veriləcək.Uğur olsun, “Yaşıl çay”!
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...