PDF Oxu

İqtisadiyyat

  • 3 631

"Azərbaycan Aİ ilə elektron imzaların qarşılıqlı tanınmasını müzakirə edir"

"Azərbaycan Aİ ilə elektron imzaların qarşılıqlı tanınmasını müzakirə edir"

Azərbaycan elektron imzaların qarşılıqlı tanınması ilə bağlı Avropa İttifaqı (Aİ) ölkələri ilə iş aparır.Trend-in məlumatına görə, bunu Bakıda keçirilən 4-cü Aİ-Azərbaycan biznes-forumunda çıxışı zamanı nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. Nazir müavini bildirib ki, bu sahədə işlər yerli qanunvericiliyin Aİ-nin yeni tapşırığına uyğunlaşdırılmasını nəzərdə tutur.E.Vəlizadə əlavə edib ki, elektron ticarətin inkişafı üçün zəruri addımlar reallaşdırılır və ticarətin həcmi daim artır: "Bu sahənin daha da inkişaf etməsi üçün ölkələr arasında elektron imzaların qarşılıqlı tanınması və e-imzanın qeyri-rezidentlər tərəfindən istifadəsi imkanının təmin olunması üzrə işlər aparılır".

sia.az

Digər xəbərlər