PDF Oxu

İqtisadiyyat

  • 3 161

"Neft sektorunda 28.1 faiz artım qeydə alınıb"

"Neft sektorunda 28.1 faiz artım qeydə alınıb"

“Neftin qiymətində baş verən dəyişiklər büdcəyə təsir edən amildir.birneçə il bundan önvə dünya bazarında baş verən maliyyə iqtsadi böhran və neftin qiymətinin aşağı düşməsi nəticəsində həmin dövrdə dövlətin büdcəyə yenidən baxmağa sövq edib. Lakin cari ilin ötən dövründə həm dünya, həm də ölkəmizin iqtisadiyyatında müsbət təsirlər qeydə alınıb". SİA-nın xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.O bildirib ki, neftin qiymətinin artması nəticəsində büdcədə neftin qiymətində dəyişikliklərə zərurət yaranıb: "Neftin bahalaşması, dövlət maliyyə sistemində aparılan islahatlar nəticəsində ölkəmizdə 1.2 faiz artıq ÜDM istehsal edilib. Neft sektorunda 28.1 faiz, qeyri neft -sektorunda 5.7 faiz artım qeydə alınıb. Ölkəmizin valyuta ehtiyatları artaraq xarici borcu bir neçə dəfə üstələyib. Sosial məsələlərin həllində addımlar artıb. Bir sıra sosial layihələrin maliyyə hesabında artım qeydə alınıb".

sia.az

Digər xəbərlər