PDF Oxu

İqtisadiyyat

  • 4 728

Sahil Babayev: "İlin sonunadək məşğulluqla bağll portal istifadəyə veriləcək"

Sahil Babayev: "İlin sonunadək məşğulluqla bağll portal istifadəyə veriləcək"

"Bu ilin sonuna qədər məşğulluq sahəsində bütün məsələləri əhatə edən kompleks portalının yaradılması nəzərdə tutulur" SİA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.Nazirin sözlərinə görə, bu portalda vakant yerlərlə yanaşı, işsiz kimi qeydiyyatdan keçən şəxslər barədə məlumatlar daxil ediləcək.S.Babayev qeyd edib ki, belə portalın yaradılması əhalinin məşğulluğunun əlçatanlılığını genişləndirəcək: "İnsanlar portal vasitəsilə də vakant yerlər haqqında məlumat alacaq və vakansiyalar üçün müraciət edə biləcəklər. Insanlar həm də alternativ olaraq, məşğulluq xidməti orqanlarına müraciət edərək göndərişlər əldə edə biləcəklər. Belə bir portalın yaradılması şəffaflığın təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. Eyni zamanda, fiziki məhdudiyyətləri olan şəxslərin məşğulluq xidməti mərkəzlərinə gəlməsi üçün olan ehtiyacı aradan qaldıracaq, işsizlə işəgötürən arasında birbaşa körpü yaranacaq. Düşünürük ki, gələn il ərzində portal tam istifadəyə veriləcək".

sia.az

Digər xəbərlər