PDF Oxu

İqtisadiyyat

  • 4 576

Cari ildə Qazaxda 5 sort kartof becərilib

Cari ildə Qazaxda 5 sort kartof becərilib

Son illərdə Qazax rayonunda kənd təsərrüfatı məhsulları istehsalının artımı müşahidə edilir. Hazırda rayonda kartof yığımı həyata keçirilir.Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Prezident İlham Əliyevin kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına dair verdiyi tapşırıqlara uyğun olaraq rayonda kartofçuluğun inkişafı üçün zəruri şərait yaradılıb.Görülmüş tədbirlərin nəticəsidir ki, cari ildə Qazaxda 200 hektar sahədə 5 növ kartof sortu əkilib.Yüksək göstəriciləri ilə rayonda aqrar sahənin inkişafına öz töhfəsini verən “Birinci Şıxlı” Kəndli Fermer Təsərrüfatında kartof yığımı həyata keçirilir.Qeyd edilib ki, aqrotexniki qulluğun vaxtı-vaxtında aparıldığı sahələrin hər hektarından 35-45 tona yaxın yüksək keyfiyyətli məhsul toplanması proqnozlaşdırılır. Hazırda sahələrdə 70-80 nəfər çalışır.
AZƏRTAC

Digər xəbərlər