Muxtar respublikada bu ilin yanvar-iyul aylarında 1 milyard 505 milyon 444 min 900 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 3318 manatı ötüb. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən SİA-nın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu dövrdə sənaye üzrə 621 milyon 450 min manat dəyərində məhsul istehsal edilib. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.Yanvar-iyul aylarında 234 milyon 475 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur. Dövr ərzində diri çəkidə ət istehsalı 13 min 125 tona, süd istehsalı isə 59 min 566 tona çatıb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 5,4 faiz, süd istehsalı isə 1,7 faiz artıb.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...