PDF Oxu

İqtisadiyyat

  • 4 353

Rusiya və Azərbaycan arasında turizm sahəsində imzalanan sənəd nə vəd edir? RƏY-ÖZƏL

Rusiya və Azərbaycan arasında turizm sahəsində imzalanan sənəd nə vəd edir? RƏY-ÖZƏL

"Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələrinə baxsaq görərik ki, Rusiya ölkəmizin ticarət partnyoru kimi ilk üçlüyə düşən ölkələr sırasındadır. Azərbaycan Rusiyaya məhsul ixrac edildiyi kimi, Azərbaycandan da Rusiyaya bir sıra məhsul idxalı həyata keçirilir”. Bu fikirləri SİA-ya açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.Rusiyadan ölkəmizə qida, kənd təsərrüfatı, neft və neft məhsullarının idxal edildiyini deyən iqtisadçı ekspert bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələr getdikcə artmaqdadır: “İki ölkə arasında mövcud olan iqtisadi əlaqələrdə Şimal-Cənub nəqliyyat dəhlizinin də rolu qeyd olunmalıdır. Azərbaycan tranzit ölkə kimi Rusiyanın da maraqlarına cavab verir. İran-Rusiya ticarətində ölkəmizin iştirak etməsi, Xəzəryanı ölkə kimi balıq, eləcə də turizm imkanlarından istifadə, eləcə də birgə layihələrin icra edilməsi hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir”.R.Atakişiyevin sözlərinə görə, Azərbaycan Rusiya arasında əlaqələrin inkişafı qonşu ölkədə fəaliyyət göstərən azərbaycanlılar, eləcə də oradan ölkəmizə gələn turistlər üçün də mühüm əhəmiyyət kəsb edir: “İqtisadiyyatın müxtəlif sahələrinə baxdıqda görürük ki, Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələr genişdir və bu əlaqələrin təbii ki, daha da artırılmasına ehtiyac var. Rusiya bazarları Azərbaycan məhsullarının ixrac olunması baxımından əhəmiyyətlidir. Elə bazarlar var ki, orada Azərbaycan məhsullarının tanıdılması müəyyən vaxt tələb etsə də Rusiya bazarında məhsullarımızın tanıdılmasına ehtiyac yoxdur. Artıq uzun illərdir ki, Rusiyanın yerli istehlakçıları bizim məhsulları tanıyır. Bu baxımdan məhsullarımızın qonşu dövlətə ixracı daha asandır ki, bu da ixrac potensialımızın daha da artmasına geniş imkanlar açır”.Ekspert vurğulayıb ki, virtual elektron ticarətdə də Rusiya və Azərbaycan iqtisadi əlaqələri getdikcə genişlənməkdədir: “Bu baxımdan tam şəkildə deyə bilərik ki, bu gün Azərbaycan-Rusiya əlaqələri strateji əməkdaşlıq səviyyəsindədir”.Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Rusiyaya son səfəri zamanı Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında imzalanan sazişin böyük əhəmiyyət kəsb etdiyini dilə gətirən R. Atakişiyev qeyd edib ki, hər iki ölkə üçün turist axını baxımından müsbət təsirə malik olacaq: “Biz bilirik ki, bu gün ölkəmizə gələn turistlərin arasında Rusiya vətəndaşları ilk yerdə durur. Azərbaycandan da Rusiyaya gedən vətəndaşların sayı az deyil. Azərbaycan Prezidentinin Rusiyaya səfəri zamanı imzalanan iki tərəfli razılaşma, iki ölkənin vətəndaşları üçün əlverişli turist imkanlarının açılmasına köməklik göstərməklə yanaşı, qarşılıqlı investisiya imkanları yaradacaq”.

sia.az

Digər xəbərlər