“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin bu il istifadəyə veriləcək filiallarından biri də Goranboyda yaradılır. SİAxəbər verir ki, hazırda Goranboy filialı üçün inşa olunan binada tikinti işləri sürətlə davam etdirilir."EL-SEYM İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən birmərtəbəli xalça emalatxanası binasının tikintisinə bu il başlanılıb. Binada əsas tikinti işləri yekunlaşıb, dam örtüyü vurulub. Hazırda kommunikasiya xətləri çəkilir, həyətdə abadlıq işləri aparılır. Bina milli üsluba uyğun olaraq qırmızı kərpiclə üzlənir.Burada 150 nəfər toxucunun, 13 nəfər inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün lazımi şərait yaradılacaq. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarət olacaq. Emalatxanada quraşdırılan müxtəlif ölçülü dəzgahlarda qədim çeşnilərimiz əsasında Azərbaycan xalçaları toxunacaq.Hazırda binanın tikintisində 40-dan çox işçi cəlb olunub.Xalça emalatxanası binasının tikintisinin bu ilin sonunadək yekunlaşacağı nəzərdə tutulub.Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci il 22 may tarixli Sərəncamı ilə Goranboyda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması üçün 2 milyon manat vəsait ayrılıb.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...