Açıq Hökumətin Təşviqinə Dair Hökumət Vətəndaş Cəmiyyəti Dialoqu Platforması çərçivəsində bu gün, 2 oktyabr tarixində Qeyri Hökumət Təşkilatları üçün “Daşınmaz əmlakın qeydiyyatında şəffaflıq, əlçatanlıq və innovasiyalar” mövzusunda Park İnn Baku otelində tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə 30-dan çox ictimai birliklərin nümayəndələri, ekspertlər, media nümayəndələri, xarici və beynəlxalq təşkilatlar iştirak edib.Tədbirdə Daşınmaz Əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi təkmilləşdirilməsi barədə məlumat verilib. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini Elşad Məmmədov Daşınmaz Əmlakın qeydiyyatında elektron xidmətlər, innovasiyalar və vətəndaş məmnunluğu barədə geniş təqdimat edib və üstünlüyünü vurğulayıb.Tədbir sonda, sual-cavab və müzakirələrlə yekunlaşdırılıb.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...