Azərbaycanla Rusiya arasında elektroenergetika sahəsində əməkdaşlığa dair işçi qrupunun iclası keçiriləcək.Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 4-də Moskvada “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forum çərçivəsində Azərbaycanla Rusiya arasında elektroenergetika sahəsində əməkdaşlığa dair işçi qrupunun iclası keçiriləcək. İclasda yüksək gərginlikli elektrikötürücü xəttin ikinci növbəsinin tikintisi, “Samur” çayının hidroenergetik resurslarının öyrənilməsi, Rusiyanın “Vahid Enerji Sisteminin Sistem Operatoru” SC ilə “Azərenerji” ASC arasında əməkdaşlıq, iki ölkə arasında rabitə kanallarının təkmilləşdirilməsi və sair məsələlərin müzakirəsi nəzərdə tutulub.Azərbaycan tərəfdən işçi qrupuna nazir müavini Natiq Abbasov, Rusiya tərəfdən isə bu ölkənin energetika nazirinin müavini Anatoli Yanovski başçılıq edir.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...