PDF Oxu

İqtisadiyyat

  • 4 471

Fransada dizel yanacağı rekord qiymətə satılır

Fransada dizel yanacağı rekord qiymətə satılır

Fransada 2018-ci ilin yanvarından başlayaraq yanacağın qiyməti artır. Yanacaq vergisinin artması ilə əlaqədar iyun ayından etibarən yanacağın qiymətində hər ay artım qeydə alınıb. Artıq ölkədə dizel yanacağı rekord qiymətə çatıb. Dizel yanacağı və 95 markalı benzinin qiyməti təxminən eynidir.AZƏRTAC xəbər verir ki, yerli mətbuatda dizel yanacağının 24 faiz artdığı göstərilir. Yanacağın qiymətinin artırılması ilə bağlı petisiya da hazırlanıb.Qeyd edək ki, Fransada təbii qazın qiyməti də artıb. İyul ayında 7.45 faiz bahalaşan təbii qazın qiyməti oktyabrın 1-dən yenidən 3 faiz artıb. Yanacağın qiymətinin artmaqda davam edəcəyi bildirilir.

sia.az

Digər xəbərlər