Fransanın Paris şəhərində keçirilmiş “Sial Paris” beynəlxalq ərzaq sərgisi başa çatıb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, "Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 23 Azərbaycan şirkətinin məhsulları "Made in Azerbaijan" vahid ölkə stendində təqdim edilib. Əvvəlki sərgilərdə olduğu kimi, “Sial Paris”də də Azərbaycan məhsulları keyfiyyət və dadı ilə sərgi ziyarətçiləri və xarici şirkətlər tərəfindən maraqla qarşılanıb.Sərgi çərçivəsində Azərbaycanın “A+Co” şirkətinin şərab və digər spirtli içkilərinin Norveçə, ”Göygöl şərab zavodu”nun məhsullarının ABŞ, Komboca və Çinə ixracına dair ilkin razılıqlar əldə edilib. Azərbaycanın “Aznar” və “Agro-Azerinvest” şirkətinin məhsullarının Braziliya, Ukrayna və Almaniyaya, “Tovuz Baltiya” şirkəti isə Yaponiya, İtaliya, Çin, Ruminiya, Komboca şirkətləri ilə məhsullarının ixracına dair danışıqlar aparıb. Bubunla yanaşı, Azərbaycanın “Mars-FK” şirkəti Fransaya 36 ton, Cibutiyə 18 ton, Polşaya həftədə 18 ton, ”Kaslar” şirkəti isə Polşaya 40 ton fındıq ləpəsinin ixracına dair razılıq əldə edib. Yaxın vaxtlarda məhsulların müvafiq ölkələrə ixracına başlanılacaq.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...