Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, AMEA-nın Yüksək Texnologiyalar Parkı, Torpaqşünaslıq və Aqrakimya İnstitutunun (TAİ) birgə təşkilatçılığı ilə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı hesabına alınan səyyar (mobil) laboratoriya vasitəsilə respublikanın regionlarında kompleks torpaq tədqiqatlarının aparılmasına başlanılıb. AMEA-dan SİA-ya verilən xəbərə görə, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları ilə birgə Göyçay Narçılıq Təsərrüfatı, Mallı-Şıxlı Narçılıq Təsərrüfatı, Ləkiçıplaq kəndində fərdi fermer təsərrüfatının bağ ərazilərində olublar.Tədqiqatlar zamanı həmin ərazilərdən torpaq nümunələri götürülüb və “Palintest SKW 500” cihazı vasitəsilə ilkin analizlər aparılıb. Həmçinin fermer və sahibkarlara torpaqdan daha səmərəli istifadə məqsədilə fəaliyyət göstərən səyyar (mobil) aqrar tədqiqat laboratoriyasının analiz imkanları barədə ətraflı məlumat verilib.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...