Oktyabr ayında Naxçıvan-Bakı-Naxçıvan marşrutu ilə hər iki istiqamətə 1344 sərnişin daşınıb, muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutla təmin edilib, 481 taksi əhaliyə xidmət göstərib. Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətindən bildirilib ki, oktyabr ayında muxtar respublika əhalisinə göstərilən avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Belə ki, sərnişin daşımalarını yerinə yetirən sürücülərin iştirakı ilə seminar-müşavirə təşkil olunub, taksilərin texniki müayinəsi aparılıb.Payız-qış mövsümünə hazırlıqla bağlı verilmiş tapşırıqların icrası ötən dövrdə də davam etdirilib, ictimai nəqliyyatda xidmətin keyfiyyətinə və xəttə buraxılan avtonəqliyyat vasitələrinin texniki cəhətdən saz olmalarına nəzarət artırılıb, ucqar dağ kəndlərinə işləyən nəqliyyat vasitələrinin sahibkarları ilə əlaqə saxlanılıb, mövcud çatışmazlıqların aradan qaldırılması üçün onlara lazımi kömək göstərilib. Həmçinin avtovağzalların payız-qış mövsümünə hazırlığı diqqət mərkəzində saxlanılıb, şəhərlərarası və rayonlararası marşrut avtobuslarının hərəkət qrafiki daha da təkmilləşdirilib.Oktyabr ayında beynəlxalq sərnişindaşıma xidməti göstərən avtobusların fəaliyyətinə nəzarət gücləndirilib, Naxçıvan-İqdır-Naxçıvan marşrutunda gündəlik sərnişindaşıma xidməti həyata keçirilib. Payız-qış mövsümündə sərnişinlərin rahatlığını təmin etmək üçün Naxçıvan-Bakı-Naxçıvan marşrutunda işləyən avtobuslardan birinin hər gün Şərur və Culfa avtovağzallarından yola salınması, Şahbuz və Ordubad avtovağzallarında isə Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutuna bilet satışı davam etdirilib.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...