Xəzər İnnovasiya Konfransı yeni əməkdaşlıqların qurulmasına vəsilə olacaq.Bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan dekabrın 5-də "Bakutel-2018" beynəlxalq sərgisi çərçivəsində keçirilən Xəzər İnnovasiya Konfransındakı çıxışında deyib.Nazir qeyd edib ki, ölkəsi və türk şirkətləri İKT sahəsində mühüm nailiyyətlər əldə edib: "Bu konfrans regionda və qlobal miqyasda İKT sektorunun iştirakçısı olan şirkətlərin təcrübə mübadiləsi aparmalarına töhfə verəcək. Həmçinin bu platforma yeni əməkdaşlıqlara vəsilə olacaq".
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...