Toxuculuq sənayesi, geyim, dəri və dəridən hazırlanan məmulatların istehsalı sahəsində 295,2 milyon manat dəyərində məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən SİA-ya bildiriblər ki, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə toxuculuq sənayesində 42,4 faiz, dəri və dəridən hazırlanan məmulatların, ayaqqabıların istehsalında 28,3 faiz artım, geyim istehsalında isə 2,1 faiz azalma müşahidə olunub.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...