“Azərbaycanda son 15 ildə iqtisadiyyatın bütün sahələri ilə yanaşı, aqrar sahənin inkişafı istiqamətində mühüm addımlar atılıb, işlər görülüb. Bu illər ərzində görülən işləri sadalamaq istəsək o zaman bunun üçün bizə 15 gün belə az olar. Çünki, bu illər ərzində milli iqtisadiyyatın bazar prinsipləri əsasında qurulması istiqamətində məqsədyönlü siyasət həyata həyata keçirilib, regionların və ayrı-ayrı iqtisadi və sosial sahələrin inkişafına dair dövlət proqramları uğurla icra olunub, ölkə əhalisinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.O bildirib ki, dövlət başçısı İlham Əliyev prezidentliyinin ilk ilindən başlayaraq ölkə iqtisadiyyatının şaxələndirilməsi hesabına neftdən asılılığı azaltmaq üçün qeyri-neft sektorunun və onun əsas sahələrindən olan aqrar sektorun inkişafını təmin etməyi əsas vəzifə kimi müəyyən edib: “Məhz Prezidentin 2004-cü il 11 fevral tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” bu problemin həllində əsaslı dönüş yaradıb. Belə ki, regionların sosial-iqtisadi inkişafına dair ilk dəfə qəbul edilmiş bu dövlət proqramı çox uğurla həyata keçirilmiş, ölkə ərazisində sosial-iqtisadi inkişafın təmin edilməsi üçün ilk növbədə daha çox ehtiyac duyulan infrastruktur və emal sənaye obyektlərinin yaradılması, habelə digər sahələrin inkişafını təmin edən tədbirlər icra edilib. Proqramda nəzərdə tutulan bütün bu tədbirlərin vaxtında yerinə yetirilməsi isə ilk növbədə 2002-ci ildə təməli qoyulmuş və 2006-cı ildə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti nəticəsində ölkəyə böyük valyuta axınının başlaması olub. Bunun nəticəsində 2005-2007-ci illərdə Azərbaycan Respublikası dünyada analoqu olmayan 25-35 faiz illik iqtisadi artıma nail olub”.E.İbrahimov vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün qeyri-neft sektorunun və onun əsas sahələrindən biri olan aqrar sektorun inkişafı prioritet istiqamət kimi önə çəkilib: “Təkcə aqrar sahədə çalışan sahibkarlara Azərbaycan prezidenti tərəfindən tətbiq edilən vergi güzəştləri 2 milyarddan çox vəsaitin sahibkarlarda qalmasına şərait yaradıb: “Bu da təbii ki, kənd təsərrüfatının inkişafı üçün mühüm addımdır. Bundan əlavə Milli Fonddan təkcə aqrar sahibkarlığa 1 milyarddan çox vəsait ayrılıb. Bu əlbəttə kənd təsərrüfatı sahələrinin genişlənməsinə xidmət edir”.Komitə sədri söyləyib ki, son 15 ildə kənd yollarının tikintisi, rayonlarda aqrar sahə ilə bağlı tikilən müəssisələr və digərləri aqrar sahənin inkişafına xidmət edir: “Bu gün abadlaşan bölgələrimiz, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakı, tikilən 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, 50-dən çox Olimpiya Mərkəzi, çəkilmiş 11 min kilometrdən çox yol, 250 mindən çox köçkün üçün salınmış 100-ə yaxın təzə qəsəbə, yeni yaradılmış enerji infrastrukturu, dinamik inkişaf edən və şaxələndirilən iqtisadiyyat - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etməyə yönəlmiş sistemli islahatlarla daim təkmilləşən iqtisadiyyatın Azərbaycan modeli dayanır. Bu modelin bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və İlham Əliyev tərəfindən müasir tələblərə uyğun modernləşdirilərək inkişaf etdirilib”.Dövlət büdcəsindən kənd təsərrüfatı sahəsinə ayrılan vəsaitin digər sahələrdən dəfələrlə fərqləndiyini deyən E. İbrahimov 2019-cu ilin dövlət büdcəsində bu sahəyə 874 milyon manat həcmində vəsait ayrılıb: “Bütün bunlar göstərir ki, Azərbaycan iqtisadiyyatı növbəti illərdə daha inkişaf edəcək, aqrar sahədə əldə etdiyimiz uğurların sayı gündən-günə artacaq”.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...