Ermənistan və Rusiya 2019-cu ildə veriləcək təbii qazın qiyməti məsələsində həll yolunu tapa bilməyiblər. SİAxəbər verir ki, bu barədə erməni mediası yazır.“Qaz məsələsində həll yolu yoxdur. Müzakirələr işgüzar şəkildə davam edəcək”, deyə, Nikol Paşinyan Facebook vasitəsi ilə çıxdığı canlı yayımda bildrib.“İkitərəfli münasibətlər üçün bu mövzunun həssas olduğu qeydə alınıb. Mən optimistliyə köklənmişəm və ümid edirəm ki, bizim üçün arzuolunan inkişaf olacaq, ən uzağı arzuolunmaz inkişaf olmayacaq”, deyə Ermənistanın baş nazir vəzifəsini icra edən Paşinyan bildirib.Qeyd edək ki, dekabrın 27-də N.Paşinyan Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...