PDF Oxu

İqtisadiyyat

  • 10 605

2018-ci ildə Azərbaycanın iqtisadi UĞURLARI ŞƏRH-ÖZƏL

2018-ci ildə Azərbaycanın iqtisadi UĞURLARI ŞƏRH-ÖZƏL

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa təbrikində də söylədiyi kimi 2018-ci ildə ölkəmizdə bütün sahələr, ən əsası da iqtisadiyyatımızda mühüm uğurlar əldə edilib. 2018-ci ildə ümumi daxili məhsulunda, qeyri-neft sektoru, sənaye istehsalı artmaqla yanaşı, ixracımız təxminən 40 faiz artıb.Ötən ilin iqtisadi uğurlarını iqtisadçılar SİA-ya şərh edib.Milli Məclisin deputatı, iqtisadçı Rüfət Quliyev deyib ki, 2018-ci il Azərbaycan üçün uğurlu il olub və bu il ölkənin dinamik inkişafı davam edib: “Bunu il ərzində iqtisadi sahədə əldə olunan uğurlar, statistik göstəricilərdən, beynəlxalq reytinqlərdə yerimizdən də açıq şəkildə görməkmümkündür”.O bildirib ki, cari ildə əldə olunan makro iqtisadi stabillik böyük nailiyyətlərdən biridir.Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin açılışının 2018-ci ilə təsadüf etməsi, eləcə də bu dəhliz vasitəsi ilə mavi qazın Türkiyə bazarına ötürülməsi bu ilin ən mühüm iqtisadi uğurlarından hesab oluna bilər: “ Bu il digər ölkələrlə müqayisədə milli valyutamızın stabil qalması da önəmli hadisələr sırasına aid edilə bilər. Azərbaycan neft ölkəsi olmasına baxmayaraq, bu il qeyri-neft sektorunun inkişafı və xüsusilə də kiçik və orta sahibkarlıq istiqamətində ciddi addımlar atıldı, uğurlar əldə olundu”.Bu ilin mühüm islahatlarla yadda qaldığını deyən R.Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin də söylədiyi kimi bu islahatların əksər hissəsi 2019-cu ildə öz nəticəsini verəcək: “Maliyyə bazarında stabillik yarandı. Azərbaycan iqtisadiyyatının 2018-ci ildə təxminən 1.5 faiz artması cari ilin iqtisadi göstəricilər baxımından uğurla başa vurduğumuzun göstəricisidir. Bu il büdcə tapşırıqları tam şəkildə həyata keçirilib”.İqtisadçı Vüqar Bayramov isə bildirib ki, 2018-ci ildə Azərbaycan iqtisadiyyatı stabilliyini qoruyub saxlaya bildi, eyni zamanda iqtisadiyyatda artım qeydə alındı.Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının 2018-ci ildə təxminən 1 faiz artması 2017-ci ildə əldə edilən stabillikdən sonra iqtisadi inkişafın bərpası kimi baza artım olaraq xarakterizə olunur: “Çünki növbəti illərdə Azərbaycan daha yüksək iqtisadi artım əldə edə biləcək”.V.Bayramov söyləyib ki, beynəlxalq maliyyə qurumlarının proqnozuna əsasən 2019-cu ildə Azərbaycan iqtisadiyyatındakı artım tempi 3,6 faizə qədər yüksələcək.2018-ci ilin Azərbaycan və region üçün əhəmiyyəti olan bir sıra beynəlxalq layihələrin reallaşması ilə yadda qaldığını deyən ekspert qeyd edib ki, Cənub Qaz Dəhlizinin açılışının 2018-ci ilə təsadüf etməsi, eləcə də bu dəhliz vasitəsi ilə mavi qazın Türkiyə bazarına ötürülməsi cari ilin iqtisadi baxımdan ən yadda qalan hadisələrindən biri oldu: “Praktiki olaraq Cənub Qaz Dəhlizinin Avropa hissəsinin də inşaatı başa çatmaq üzrədir və Azərbaycan bu dəhliz vasitəsi ilə Türkiyəyə əlavə olaraq 8 milyard kubmetrə yaxın mavi qaz, Avropaya birinci mərhələdə 10 milyard, ikinci mərhələdə isə 20 milyard kubmetrdən artıq mavi qaz nəql edəcək. Bütövlükdə Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa və Türkiyəyə ötürüləcək mavi qazın həcmi 31 milyard kubmetr olacaq. Bu da Azərbaycana mövcud qiymətlər ilə 150 milyard dollara yaxın gəlirin daxil olması deməkdir”.V. Bayramov qeyd edib ki, 2018-ci ildə eyni zamanda qeyri-neft sektorunda da bir sıra layihələr reallaşıb: “Belə ki, sənaye parklarının açılması xüsusən regionlar üçün əhəmiyyətli olan layihələrin icrası kimi xarakterizə olunur. Ümumilikdə götürsək isə, 2018-ci il əvvəlki ildə əldə edilən stabilliyin iqtisadi artıma çevrilməsi ili kimi yadda qaldı. Bu növbəti illərdə daha sürətli iqtisadi artım üçün baza formalaşdırır”.

sia.az

Digər xəbərlər