Ağsu heyvandarları yenicə yola saldığımız 2018-ci ili uğurla başa vurublar. Rayonda aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlıqda dinamik artım davam edir.Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2018-ci ildə diri çəkidə 5012 ton ət, 30 min 165 ton süd, 8 milyon 369 min ədəd yumurta, 308 ton yun istehsal olunub. 2017-ci illə müqayisədə ət istehsalı 20 ton, süd 155 ton, yumurta 466 min ədəd, yun 2 ton artıb.Xüsusilə Ərəbmehdibəy, Ərəbsarvan, Gəgəli, Kəndoba, Qaraqoyunlu və bir sıra digər ərazi vahidlərində fermerlər və fiziki şəxslər heyvandarlıq məhsulları istehsalında daha yaxşı nəticələrə nail olublar.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...