PDF Oxu

İqtisadiyyat

  • 4 095

"Dünya Davos vasitəsilə Azərbaycan haqqında məlumatlanır" ŞƏRH-ÖZƏL

"Dünya Davos vasitəsilə Azərbaycan haqqında məlumatlanır" ŞƏRH-ÖZƏL

“Davos İqtisadi Forumu artıq 49-cu dəfədir keçirilir və bu il də Azərbaycan bu platformada yüksək səviyyədə təmsil olunur. Azərbaycana münasibət ildən ilə müsbət məcrada dəyişir və dövlətlərin ölkəmizə maraqları daha da artır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Rüfət Quliyev deyib.O bildirib ki, bu gün Azərbaycan Davosda iqtisadi məsələlərlə bağlı geniş nailiyyətlər əldə edən, güclü bir dövlət kimi iştirak edir.Forumda 60 ölkənin rəhbərliyi və ümumilikdə 3000 qonağın atıldığını xatırladan deputat söyləyib ki, foruma qatılanlar Azərbaycan haqqında məlumatları birinci şəxs yəni Azərbaycan Prezidenti İlham Əliyevin dilindən əldə etmək imkanı qazanırlar.İqtisadçı vurğulayıb ki, dünya ölkələrinin və, orada təmsil olunan biznes nümayəndələrinin Azərbaycanla bağlı geniş məlumat əldə etməsi ölkəmizə investisiya cəlbi baxımından mühüm əhəmiyyət kəsb edir: “Biz forum vasitəsilə xarici iş adamları Azərbaycanda iş qurmağa, ölkəmizin əldə etdiyi nailiyyətləri öz gözləri ilə görməyə dəvət edirik. Bu bizə investisiya cəlbi məsələsində mühüm uğurlar əldə etmək üçün geniş şərait yaradır. Hesab edirəm ki bu forumdan sonra da xarici şirkətlər Azərbaycanın dəstəklədiyi layihələrə investisiya qoymaqda maraqlı olacaqlar”.Dünyada ölkəmizə olan inam və etibarın getdikcə daha da çoxaldığını dilə gətirən R. Quliyev qeyd edib ki, Azərbaycan bu inamdan istifadə edərək iqtisadiyyatını daha da gücləndirir: “ Artıq Azərbaycan forumda və görüşlərdə qeyd edildiyi kimi donor ölkəyə çevrilib və digər ölkələrə investisiya qoyur. Ölkəmizin bu istiqamətdə əldə etdiyi ən böyük uğur dünyanın Azərbaycanı tanıması və hesablaşmasıdır”.Deputat əlavə edib ki, Davos İqtisadi Forumu Azərbaycan üçün əhəmiyyət kəsb etdiyi kimi, ölkəmiz də bu forum vacib ölkələrdən biridir. Çünki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində önəmli mövqeyə sahibdir”.

sia.az

Digər xəbərlər