PDF Oxu

İqtisadiyyat

  • 4 698

Bakıda Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun 8-ci iclası keçiriləcək

Bakıda Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun 8-ci iclası keçiriləcək

Yanvarın 31-də Bakıda Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun 8-ci iclası keçiriləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, iclasda Azərbaycan və Almaniya arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti, İşçi Qrupunun 7-ci iclasından ötən dövrdə görülmüş işlər, qarşıdakı dövr üçün iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə olunacaq.
İşçi Qrupunun iclasları növbəlilik prinsipi ilə hər iki ölkədə təşkil edilir, sonuncu - 7-ci iclas 2017-ci ilin noyabrında Berlində keçirilib.

yap.org.az

Digər xəbərlər