Qazaxıstan parlamenti senatı (yuxarı palata) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib.
Xatırladaq ki, avqustun 12-də Aktau şəhərində keçirilən Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısının yekunu olaraq, Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya prezidentləri Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya imzalayıblar. Sənəd üzərində işlər 1996-cı ildən bəri davam edib.
Konvensiyanı səmərəli şəkildə həyata keçirmək üçün müntəzəm beştərəfli məsləhətləşmələrin aparılmasına dair xüsusi mexanizm, Xəzər məsələləri üzrə yüksək səviyyəli işçi qrupu yaradılır.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...