“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov 2018-ci ilin dekabr ayının 30-dan etibarən istifadəyə verilən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarında qiymətlərin endirilməsi məsələsinə münasibət bildirib.Qurum sədri SİA-ya açıqlamasında deyib ki, sürət qatarının standart vaqonlarında qiymət əvvəlcə 15 manat idi. Təbii ki, bunun içərisinə yemək də daxil idi. Sonra biz müşahidə etdik ki, bu məcburi şəkildə olmasın. Yəni sərnişinlər öz istəklərinə uyğun şəkildə pullarını aparat vasitəsilə ödəyib yeməklərini, sularını ala bilərlər. Məhz ona görə də gediş tariflərini standart vaqonlarda 15 manatdan 10 manata endirdik. Biz həm də nəzər yetirdik ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən avtobuslar sərnişinləri Gəncəyə 10 manata aparır. Bu mənada istəmədik ki, fərq bir qədər çox olsun. Beləcə qiymətləri bazar qiymətlərinə uyğun olaraq tənzimlədik. Qatarın sürəti isə artıq 4 saat 15 dəqiqə təşkil edəcək”.Qeyd edək ki, 2018-ci ilin dekabr ayının 30-dan etibarən istifadəyə verilən Bakı-Gəncə-Bakı sürəli sərnişin qatarına daha çox sərnişinlərin cəlb edilməsi və onların məmnunluğunu qazanmaq məqsədi ilə keçirilən sorğular nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC sözügedən marşruta mühüm dəyişikliklər tətbiq edəcək. Qatarın hərəkət qrafiki və gediş haqqı tarifləri ilə bağlı olan yeniliklər 2019-cu ilin fevral ayının 4-dən etibarən həyata keçiriləcək. Belə ki, bu vaxta qədər günaşırı hərəkətdə olan, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı, fevralın 4-dən başlayaraq hər gün reysə çıxacaq və yeni cədvələ uyğun olaraq, saat 08:45-də Bakıdan Gəncəyə və elə həmin gün saat 17:00-da Gəncədən Bakıya yola düşəcək. Qatarın yolda olma vaxtı isə azaldılaraq 4 saat 15 dəqiqə təşkil edəcək.Gediş haqqı tariflərinə gəlincə, standart vaqonlarda qiymət 15 manatdan 10 manata endiriləcək. Birinci sinif (first class) və biznes vaqonlarda isə gediş haqqı dəyişilmədən saxlanılacaq. Standart vaqonlarda səhər yeməyinin və sərinləşdirici içkilərin pulsuz verilməsi isə dayandırılacaq. Sərnişinlər istədikləri zaman, qatarda yerləşən pullu avtomat köşklərdən istifadə edə bilərlər. Qeyd edək ki, birinci sinif (first class) və biznes vaqonlarda yemək və sərinləşdirici içkilərin verilmə qaydası dəyişməz olaraq qalacaq.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...