Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood – 2019” beynəlxalq qida sərgisində qida sənayesi sahəsində fəaliyyət göstərən 21 Azərbaycan şirkəti arasında yer alan Naxçıvandakı şirkətlər də öz məhsullarını nümayiş etdiriblər.Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən bildirilib ki, sərgidə muxtar respublikada fəaliyyət göstərən “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti unlu-qənnadı məmulatlarını, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti brend məhsullardan olan “Sirab” mineral suyunu “Made in Azerbaijan” stendində nümayiş etdirib. Naxçıvan məhsulları ziyarətçilərin və mütəxəssislərin böyük marağına səbəb olub.Qeyd edək ki, Körfəz hövzəsində və Yaxın Şərqdə ən böyük sərgilərdən olan “Gulfood” qida məhsulları sərgisinə bu il 120 ölkədən 5 mindən artıq yerli, regional və beynəlxalq şirkət qatılıb.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...