İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. SİA-nın məlumatına görə, final uğrunda mübarizədə ilk olaraq əzəli rəqiblər "Barselona" və "Real" komandaları qarşılaşıb. Oyun Kataloniya klubunun böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. Bununla da Ernesto Valverdenin komandası finala vəsiqə əldə edib.Qeyd edək ki, yarımfinalın digər cavab oyununda sabah "Valensiya" "Betis"i qəbul edəcək.
"Real" - "Barselona" 0:3
Qollar: Suarez, 50, Varan, 69-avtoqol, Suarez, 73-pen.
İlk oyun - 1:1
Baş hakim: Xose Mariya Sançes Martines
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...