PDF Oxu

İqtisadiyyat

  • 4 871

"Sosial siyasət özünü bütün sahələrdə büruzə verir" RƏY - ÖZƏL

"Sosial siyasət özünü bütün sahələrdə büruzə verir" RƏY - ÖZƏL

“Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır. Bunu göstərən bariz nümunələrdən birini cari il fevralın əvvəlində Ağsuda, İsmayıllıda və Şamaxıda baş verən zəlzələlərdən sonra da əyani şəkildə izlədik. Azərbaycanın dövlət başçısı zəlzələ baş verən bölgələrə səfərlər etmək, tikinti, təmir-bərpa işlərini şəxsi nəzarətində saxlamaqla növbəti dəfə verilən sözə əməl etməyin nümunəsini göstərdi. Bunlarla yanaşı, Prezident İlham Əliyev martın 26-da paytaxtın Nizami rayonundakı ticarət mərkəzlərindən birində baş vermiş yanğına da çox həssas münasibət sərgiləyib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.Dövlət başçısının tapşırığına əsasən, müvafiq qurumların məsul əməkdaşları ilə “Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərər çəkən sahibkarlar arasında görüşün keçirildiyini, ətraflı müzakirələr aparıldığını xatırladan komitə sədri söyləyib ki, Prezidenti İlham Əliyevin hadisə ilə bağlı keçirdiyi müşavirədə söylədiyi fikirlər dövlət başçısının atdığı hər addımı ilə ölkə vətəndaşının yanında olduğunu bir daha sübut etdi: “Müşavirədə Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan çox güclü sosial siyasət aparır və bu siyasət özünü bütün sahələrdə büruzə verir. Bildiyiniz kimi, bu ilin əvvəlində çox ciddi və böyük sosial paket təsdiqləndi. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunur. Deyə bilərəm ki, dünyada belə bir təşəbbüsün bənzəri yoxdur. Təbii fəlakət - zəlzələ, daşqın vaxtı hər zaman vətəndaşın yanında ilk olan dövlətdir. Bu, bizim siyasətimizdir, biz bu siyasətə sadiqik və bunu bütün sahələrdə aparacağıq. Ona görə baş vermiş yanğınla bağlı, əlbəttə ki, ilk növbədə, biz burada əziyyət çəkən, maddi ziyan dəyən sahibkarların vəziyyətini başa düşməliyik, onlara kömək göstərməliyik və göstərəcəyik”.E.İbrahimov söyləyib ki, baş verən yanğından ziyan çəkən sahibkarlara dövlət tərəfindən operativ şəkildə dəstək göstərilməsi ölkəmizdə aparılan sosial siyasətin nəticəsidir: “Azərbaycan dövləti bu dəfə də öz vətəndaşını darda qoymadı, zərər çəkmiş sahibkarlara sahib çıxdı və bir daha göstərdi ki, hər zaman öz vətəndaşının yanındadır. Beləliklə, bütün bunlar cənab İlham Əliyevin hələ 2003-cü ildə “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” fikirlərini əyani təsdiq edir”.Komitə sədri qeyd edib ki, Azərbaycanda son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə tarixi əhəmiyyətə malik olan möhtəşəm nailiyyətlər əldə olunub: “Bu, hərtərəfli inkişaf ölkəmizin milli gücünün artmasını təmin edib. Ölkəmizin davamlı inkişafından, iqtisadi potensialın mütəmadi surətdə genişlənməsindən bütün respublika boyu sosial infrastruktur yaradılması, insanların həyat şəraitinin daha da yaxşılaşdırılması, maddi təminatlarının möhkəmləndirilməsi məqsədilə səmərəli şəkildə istifadə olunur. Dövlət başçısının siyasi iradəsi əsasında müəyyənləşdirilən strateji kursa uyğun olaraq ölkəmizdə cari ilin əvvəlindən sosial sahədə çox ciddi addımlar atılıb. Həqiqətən də, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Bu, ilk növbədə ölkə başçısının, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür. Ölkəmizdə Prezident İlham Əliyev tərəfindən ötən il elan edilən və 2019-cu ilin əvvəlindən aktiv şəkildə icrasına başlanılan böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir”.

sia.az.

Digər xəbərlər