PDF Oxu

İqtisadiyyat

  • 4 248

"Sığorta şirkətləri riskli məsələlərdən uzaqlaşırlar" MÖVQE

"Sığorta şirkətləri riskli məsələlərdən uzaqlaşırlar" MÖVQE

"Dünyanın heç bir ölkəsində təbii fəlakətlər nəticəsində dəyən zərəri dövlət ödəmir. Bunun səbəbi sığorta sistemində kifayət qədər arxayınçılığın olmasıdır. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyad Səmədzadə deyib.Onun sözlərinə görə, sığorta şirkətləri həmişə riskli məsələlərdən uzaqlaşırlar: “Onlar pulları yığırlar, amma onların verilməsi məsələsində nə qədər çətinliklərlə üzləşirik. Bununla bağlı bizə şikayətlər daxil olur. Son 15 il ərzində dəyən ziyanı dövlətimiz öz üzərinə götürüb”.Komitə sədri bildirib ki, sığorta bazarını formalaşdıran insanlarda bir arxayınçılıq var: “Onlar risqli sahələri sığorta etməkdən çəkinirlər. Pulları yığırlar, sığorta hadisəsi baş verəndə pul vermirlər. Bunlar ciddi məsələdir. Sığorta bazarını formalaşdıran insanlarda belə bir arxayınçılıq yaranıb ki, baş verən təbii fəlakət, faciə zamanı məsuliyyəti dövlət öz üzərinə götürəcək və dəyən ziyanı ödəyəcək. Amma dünyanın heç bir ölkəsində belə bir təcrübə yoxdur. Sığorta şirkətləri pul yığırlar, ancaq sığorta hadisəsi zamanı vermirlər. Bu da nə qədər çətinliklər yaradır. Siz təsəvvür edin son 10-15 ildə nə qədər faciə. Təbii fəlakət baş verib və hamısının da məsuliyyəti dövlət öz üzərinə götürərək, dəyən ziyanı ödəyib. Belə olmaz. Baxın sonuncu yanğın zamanı da ölkə başçısı məsuliyyəti öz üzərinə götürərək ziyanı qarşıladı. Odur ki, sığorta bazarının inkişaf etməsi vacibdir. Bu sahədəki problemlərin aradan qaldırılması ilə bağlı dövlət qurumları, sığorta şirkətlərinin, deputatların, mütəxəssislərin birgə iştirakı ilə dinləmə keçirsək yaxşı olar”.

sia.az

Digər xəbərlər