PDF Oxu

İqtisadiyyat

  • 4 302

"Azərbaycan iqtisadiyyatı dinamik inkişaf mərhələsinə qədəm qoyub" AÇIQLAMA-ÖZƏL

"Azərbaycan iqtisadiyyatı dinamik inkişaf mərhələsinə qədəm qoyub" AÇIQLAMA-ÖZƏL

“Prezident İlham Əliyevin ötən gün Nazirlər Kabinetinin iclasında söylədiyi kimi, Azərbaycanın 2019-cu ilin 1-ci rübünün iqtisadi yekunları çox dinamikdir. Belə ki, bu dövr ərzində ümumi daxili məhsul 520 milyon manat, sənaye istehsalı 485 milyon manat, qeyri-neft sənayesi isə 350 milyon manat artıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.Onun sözlərinə görə, cari ilin ilk rübündə Azərbaycanda qeyri-neft sektoru ixracı 40 milyon dollar, əhalini banklardakı əmanəti 465 milyon manat artıb: “Bütün bu göstəricilər 2018-ci ildə dövlət başçısı tərəfindən aparılan iqtisadi islahatların real və dinamik nəticələridir ”.Cənab Prezidentin ötən gün keçirilən iclasda Azərbaycan iqtisadiyyatının yeni inkişaf strategiyasının hazırlanması ilə bağlı fikirlərinə toxunan T.Mirkişili qeyd edib ki, yeni strategiya iqtisadiyyatın daha dinamik inkişafı üçün müasir reallıqlar yaradacaq: “Yeni iqtisadi reallıqlar var. Azərbaycan iqtisadiyyatı dinamik inkişaf mərhələsinə qədəm qoyur, beynəlxalq layihələr reallaşır. Bu reallıqlar isə daha geniş və hərtərəfli iqtisadi strategiyanın hazırlanmasına ehtiyac yaratmaqdadır”.

sia.az

Digər xəbərlər