PDF Oxu

İqtisadiyyat

  • 5 595

Maliyyə Nazirliyi problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün 430,6 mln. manat ayırıb

image

Maliyyə Nazirliyi fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsi üçün üç tranş çərçivəsində ümumilikdə 430,6 mln. manat ayırıb.

Bunu Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib.Onun sözlərinə görə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Maliyyə Nazirliyinə təqdim olunan siyahı əsasında 8-14 may tarixlərində müvafiq olaraq 53,5 mln. və 26,3 mln. manat vəsait bankların Mərkəzi Bankdakı müxbir hesablarına köçürülüb.M.Piriyev qeyd edib: “Bundan əvvəl, 19 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən 350,8 mln. manat həcmində ilk tranş da nəzərə alınmaqla, bu günkü tarixə umumilikdə 430,6 mln. manat kompensasiya məbləğinin bankların, ləğvetmə prosesində olan bankların və poçt operatorunun Mərkəzi Bankdakı hesablarına köçürülməsi təmin edilib”.

yap.org.az

Digər xəbərlər

Payız inflyasiyası rusiyalılara ağır zərbə vura bilər...

Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...

Neft şirkətləri neftayırma zavodları üçün “beton qalxanlar” tikirlər

Neftayırma zavodlarını qorumaq üçün yanacaqdoldurma məntəqələrinin qiymətlərinin dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı suala hakimiyyət orqanları belə cavab verib...

Rusiya biznesləri kütləvi şəkildə Çinə qaçmağa başlayıb

Çinli tərəfdaşlar bu prosesi fəal şəkildə asanlaşdırırlar...

Rusiyadakı yanacaq böhranı Monqolustana da yayılıb

Ölkə yanacağının təxminən 95 faizini Rusiyadan idxal edir...