PDF Oxu

İqtisadiyyat

  • 4 448

Nazir İnam Kərimov: Kənd təsərrüfatının intensiv inkişafı peşəkar kadrlardan birbaşa asılıdır

image

Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, ADAU-nun əsas binasında keçirilən görüşdə çıxış edən nazir Prezident İlham Əliyev tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutduğunu və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirlərinin həyata keçirildiyini bildirib. Vurğulayıb ki, görülən məqsədyönlü tədbirlər aqrar sahənin dinamik və dayanıqlı inkişafını təmin edib.
Kənd təsərrüfatının intensiv inkişafı peşəkar kadrlardan birbaşa asılı olduğunu deyən İnam Kərimov bildirib: “Bütün dünyada olduğu kimi, Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artmasına imkan verən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyac getdikcə artır. Məhz bu baxımdan zəngin tarixə və ənənələrə malik, yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan Azərbaycan Dövlət Aqrar Universiteti ali təhsil məkanında xüsusi yeri ilə seçilir. Son illərdə dövlətimizin başçısının aqrar sektora göstərdiyi diqqət və qayğı sayəsində ADAU-nun maddi-texniki bazası yenidən qurulub, tədris korpusları əsaslı təmir və bərpa edilib, yeni korpuslar inşa edilib. Bütün bunlar universitetdə tədris prosesinin keyfiyyətinin yüksəlməsinə zəmin yaradıb”.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov mövcud mütəxəssislərin peşə hazırlığının artırılmasının daim diqqət mərkəzində saxlanıldığını deyib, tələbələrin müasir standartlara cavab verən təlim proqramlarına cəlb olunduğunu vurğulayıb. Rektor bildirib ki, ADAU-da təhsilin səviyyəsinin beynəlxalq standartlara çatdırılması üçün dünyanın bir sıra ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edilir, təcrübə mübadiləsi aparılır, tələbələr mübadilə proqramları çərçivəsində xarici universitetlərə göndərilir.
Çıxış edən tələbələr beynəlxalq təcrübə proqramlarında iştirakın, könüllülük fəaliyyətinin genişləndirilməsi, ADAU-nun tələbələrinin yerli şirkətlərdə təcrübə keçmələri və s. kimi təkliflər irəli sürüblər.
Görüşdən sonra nazir İnam Kərimov ADAU-nun mühəndislik korpusunda fəaliyyət göstərən İnnovasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub. ADAU-nun tələbələri hazırladıqları startap layihələri ilə bağlı təqdimatlar ediblər.
Daha sonra İnam Kərimov ADAU-nun tədris-təcrübə təsərrüfatı ilə tanış olub. Təsərrüfatda görülən işlər, tələbələrin təcrübi biliklər əldə etməsi üçün yaradılan şərait barədə nazirə məlumat verilib.

yap.org.az

Digər xəbərlər

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...

İki fərqli şəkil...

Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?

İqtisadçı: Rusiyanın altı ayı qalıb...

Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...

Payız inflyasiyası rusiyalılara ağır zərbə vura bilər...

Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...