İqtisadiyyat

  • 4 552

İnam Kərimov: Artıq onlayn qaydada fermerlərin istehsal etdiyi məhsulları əldə etmək olar

image

Azərbaycanda aqroekoturizmin inkişafına həsr olunan "Şəhərdən kəndə" layihəsinin icrasına başlanılıb.

Layihənin təqdimat mərasimində çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, son illərdə ölkəmizdə ixrac potensialı artıb: "Kənd təsərrüfatının inkişafı bu sahədə bol məhsuldarlığa səbəb olub. Azərbaycan məhsulları həm yerli bazarlar üçün nəzərdə tutulur, həm də xaricə ixrac olunur. "Kənddən şəhərə" layihəsinin əsas məqsədi kənd təsərrüfatı məhsullarının birbaşa kənddən şəhərə təqdim edilməsidir. Artıq vətəndaşlar onlayn qaydada fermerlərin istehsal etdiyi məhsulları əldə edə bilirlər. Ancaq artıq "Şəhərdən kəndə" layihəsinin icrasına da zərurət yaranıb".
İ.Kərimov əlavə edib ki, "Şəhərdən kəndə" layihəsinin məqsədi kənd turizminin inkişaf etdirilməsi yolu ilə kəndlərdə sosial rifah halının daha da yaxşılaşdırılması, yeni xidmət sahələrinin açılması, alternativ satış kanallarının yaradılması, kənd sakinlərinin, kiçik və orta fermer təsərrüfatı sahiblərinin gəlirlərinin diversifikasiyası, onların ailə bizneslərinə dəstək olmaqdır.
Nazirin sözlərinə görə, layihənin həyata keçirilməsi nəticəsində həm fermerlərin, həm də turist kimi bölgələrə səfər edən yerli əhalinin maraqları təmin ediləcək. Yerli və əcnəbi turistlər istirahət etməklə yanaşı, kənd təsərrüfatı məhsullarını yerində almaq imkanı qazanacaqlar: "Layihə həm də şəhər əhalisinin aqrar sahəyə marağını artırmağa xidmət edəcək. Bu layihə ilk növbədə aqrar, ekoloji və turizm layihəsidir. Şəhər əhalisi kəndlərimizin gözəl təbiətini görmək şansı da qazanacaq. Azərbaycanın gözəlliklərini təqdim etmək üçün xarici partnyorlarımızın imkanlarından istifadə edəcəyik".

yap.org.az

Digər xəbərlər