2019-cu ilin birinci rübündə Azərbaycanın Avropa-Qafqaz-Asiya (TRACECA) beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində yük daşımalarından gəlirləri 4,3 faiz artaraq 156,5 milyon manat təşkil edib.Trend-in məlumatına görə, bunu Azərbaycanın TRACECA-da milli katibi, nəqliyyat və logistika sahəsində ekspert Akif Mustafayev Bakıda keçirilən "Nəqliyyat, tranzit və logistika" 18-ci beynəlxalq Xəzər sərgisi çərçivəsindəki konfrans zamanı deyib.Qeyd edək ki, TRACECA Avropa İttifaqı ilə Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq proqramıdır. Bakıda təşkilatın daimi katibliyi fəaliyyət göstərir.
sia.az
Səudiyyə Ərəbistanı neft qiymətlərini dəyişdirdi. Brent markalı xam neftin fyuçersləri ardıcıl üçüncü gündür ki, ucuzlaşıb...
Minimum saatlıq əmək haqqı da artacaq…