“Ölkəmizin iqtisadiyyatının dinamik inkişafı uğurla davam edir”. Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.
İ.Məmmədov bildirib ki, bu gün Azərbaycanda təbii-iqtisadi imkanlardan istifadə etməklə çox güclü və dayanıqlı bir iqtisadiyyat formalaşıb. Onun sözlərinə görə, ölkənin makroiqtisadi göstəriciləri hər il artımla müşahidə olunur.
“Məhz Prezident İlham Əliyevin yürütdüyü siyasi kurs yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan dövlətinin bütün sahələrdə yüksək göstəricilərə nail olmasında müstəsna rol oynayıb. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən məqsədlərə çatılması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin hüquqi dövlət quruculuğu yolunda atılan addımlar Azərbaycanın hər sahədə dinamik inkişafını təmin edən faktorlardır”-deyə, deputat qeyd edib.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...