PDF Oxu

İqtisadiyyat

  • 6 272

Naxçıvan aeroportunda yeni uçuş-enmə zolağı istifadəyə veriləcək

image

Naxçıvan Beynəlxalq Hava Limanının enmə, işıq-siqnal sistemləri, yan təhlükəsizlik, son tormozlama zolaqları, meteoroloji avadanlıqlar və sair qurğularla təmin olunması nəzərdə tutulan uzunluğu 3300 metr, eni 45 metr olan yeni uçuş-enmə zolağının cari ilin ikinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur. Xəbər verilir ki, bu faktları Naxçıvan Beynəlxalq Hava Limanında keçirilən iclasda limanın direktoru Mənşur Gülməmmədli səsləndirib. O bildirib ki, hava limanında vətəndaşlara xidmətin nümunəvi təşkili məqsədilə uçuşların və aviasiya təhlükəsizliyinin, yerüstü vasitələrin, xidmətlərin beynəlxalq standartlara, o cümlədən tövsiyə olunan beynəlxalq təcrübəyə uyğunlaşdırılması prosesi tənzimlənib.Vurğulanıb ki, aeroportun maddi-texniki bazasının gücləndirilməsi, aerovağzalın fəaliyyətinin müasir səviyyəyə çatdırılması istiqamətində görülən işlər ardıcıl və sistemli xarakter alıb. Sərnişin və yükdaşımalarda yüksək keyfiyyətin əldə olunması, habelə səmərəliliyin artırılması, mədəni xidmət bütün personalın diqqət mərkəzində saxlanılıb.Hava gəmilərində xidmətin səviyyəsinin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində xüsusi avtonəqliyyat xidmətinə ən müasir maşın-mexanizmlərin alınıb istismara verilməsi prosesi bu ilin ilk yarısında da davam etdirilib. Sərnişinlərin qeydiyyat prosesinin sürətləndirilməsi üçün “SITA qeydiyyat proqramı” daha müasir beynəlxalq standartlara cavab verən “Amadeus proqramı” ilə əvəz olunub”, - deyə M.Gülməmmədli diqqətə çatdırıb. Deyib ki, bu ilin ilk yarısında muxtar respublika əhalisinə xidmətin yaxşılaşdırılması məqsədilə Şahbuz şəhərində müasir aviakassa binası istifadəyə verilib. Binada ən yeni texnoloji avadanlıqlar quraşdırılıb, qabaqcıl idarəetmə sistemi yaradılıb.Naxçıvan Beynəlxalq Hava Limanının direktoru göstərilən dövlət qayğısına görə kollektiv adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.Sonda məruzə ətrafında çıxışlar olub.

sia.az

Digər xəbərlər

The Financial Times: Çin niyə rekord sürətlə qızıl alır?

Ölkə səkkiz ayda 1000 tondan çox qızıl idxal edib...

Ukrayna neft məhsullarını Macarıstanda saxlayacaq...

Kiyev və Budapeşt Karpat Səkkizliyi sammiti çərçivəsində müqavilə imzaladılar...

Wildberries və Ozon çoxsaylı məhkəmə iddiaları ilə üzləşib

Anbarlara PUA-ların hücumundan sonra məhkəmə iddiaları “töküldü”...

Rusiya qaçılmaz çöküşə doğru gedir...

Kreml artan yükün öhdəsindən gələ bilmir...

Bazar nikbinlik üçün səbəb tapdı...

Səudiyyə Ərəbistanı neft qiymətlərini dəyişdirdi. Brent markalı xam neftin fyuçersləri ardıcıl üçüncü gündür ki, ucuzlaşıb...