İqtisadiyyat

  • 3 790

"Sanksiyalar Türkiyədən kapital axınına səbəb ola bilər" ÖZƏL-MÜNASİBƏT

image

"“Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin uzunmüddətli defolt reytinqini (EDR) “BB” səviyyəsindən “BB-“ səviyyəsinə endirib. Qurumun reytinq üzrə proqnozu da “Mənfi”dir". Bunu SİA-ya iqtisadçı-ekspert Vüqar Bayramov deyib.Onun sözlərinə görə, təşkilat bunu Türkiyə Mərkəzi Bank sədrinin işdən azad olunması və eləcə də Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri almasından sonra ABŞ-ın sanksiyaları ilə üzləşəcəyi ehtimalı ilə əlaqələndirir: "“Fitch” təşkilatının qərarından sonra bu həftə ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq edəcəyi gözlənilir. Okeanın o tayında sanksiyalar ilə bağlı qərar qəbul edilərsə bu Türkiyə iqtisadiyyata ciddi mənfi təsir göstərə bilər. Əvvəlla, “Fitch”in son qərarından sonra qardaş ölkənin sərmayə cəlbdiciliyinin azalacağı gözlənilir. ABŞ sanksiyaları isə yenidən lirənin ucuzlaşmasına səbəb ola bilər. Sanksiayalar qəbul ediləcəyi halda Türkiyədə dollara tələb yenidən yüksələcək, bu isə sözügedən ölkənin milli valyutasına iqtisadi və psixoloji təsiri gücləndirəcək.Eyni zamanda, sanksiyalar Türkiyədən kapital axınına səbəb ola bilər ki, bu xarici valyutaya olan tələbin ödənilməsində çətinlik yaradacaq. 2018-ci ildə Türkiyənin xarici ticarət dövriyyəsində 55 milyard dollarlıq kəsir qeydə alınıb. 223 milyard dollarlıq mal idxal edən qonşu ölkədə ixrac 168 milyard dollar olub. Türkiyə 2018-ci ildə 13.2 milyard dollarlıq birbaşa xarici investisiya cəlb edə bilib. Sadəcə bir faktı qeyd edək ki, SOCAR Türkiyə iqtisadiyyatına son illər bu rəqəmdən çox- 15 milyard dollar sərmayə yönəldib. Qərb ölkələrinin Türkiyə iqtisadiyyatına sərmayə qoluşunda çəkisi azalsa da Asiya ölkələrinin töhvəsi 12 faizdən 27 faizədək yüksəlib. ABŞ sanksiyalarından sonra Qərb ölkələrinin xarici sərmayə portfelində payının daha azalacağı istisna edilmir. Sanksiyalar qəbul olunursa və uzun müddət qüvvədə qalarsa o zaman Türkiyədə daşınmaz əmlakın da dollar ifadəsində qiymətinin azalacağı gözlənilir".

sia.az

Digər xəbərlər