"Azərbaycanda yol infrastrukturunun yenilənməsi, genişlənməsi və ən müasir səviyyədə qurulması istiqamətində ölkə başçımız tərəfindən davamlı sərəncamlar imzalanmaqdadır. Bütün bunlar ölkəmizin iqtisadi imkanlarının genişlənməsi hesabına başa gəlsə də yolların salınması iqtisadiyyatın inkişafına da birbaşa təsir edir". Bunu SİA-ya Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.Sədrin sözlərinə görə, artıq ən ucqar rayonların sovet dövründə belə yol olmayan yaşayış məntəqələrinə yeni yolların çəkilməsi dövlətimizin iqtisadi gücünü göstərir: "Digər tərəfdən bütün bunlar dövlətimizin insanlara diqqəti, insanların daha yaxşı yaşaması istiqamətində görüdüyü işlərin nəticəsidir. Yol çəkilişi geniş vüsət alıb və ən ucqar dağ kəndlərinin yolları belə keyfiyyətinə görə paytaxt yollarından geri qalmır. Yolların çəkilməsi bölgələrimizin turizm imkanlarını artırıb, rayon, kənd insanlarının dolanışığına birbaşa təsir göstərib. Kənd insanları üçün təkcə gediş-gəliş imkanları rahatlaşmayıb, həmçinin, istehsal etdikləri məhsulların bazara daha asan çıxışı təmin edilib. Kənd yerlərində yaşayan ağır xəstələrin xəstəxanalara çatdırılması problemi aradan qalxmış olub. Vaxtilə nə qədər insanlar məhz yolsuzluq problemi ucbatından həyatlarını itiriblər. Yəni, yol xeyli funksiyaları özündə əhatə edən geniş sosial layihədir.Hər zaman belə bir fraza ilə rastlaşırıq ki, yol mədəniyyətdir. Doğurdan da yol dövlətin həm də mədəni səviyyəsinin göstəricisidir. Vaxtilə rezin qaloşda, çəkmədə gəzmək problem olan kəndlərə belə bu gün şəhərdə gəzdiyimiz ayaqqabı ilə getmək olur. Bizim yeni salınan kənd yollarımız Avropa ölkələrinin kənd yolları ilə eyni səviyyədədir. Əlbətdə bu iş davamlı olaraq genişləndirlir. Yol tikintisi xeyli vəsait tələb edir və bəzən bu vəsaitlər heç də geri qayıtmır. Amma, dövlət bu işləri insanlarımızın rahatlığı, yaxşı yaşaması naminə görür. Heç də bütün yolların çəkilişi tam başa çatmayıb, amma, hər həftə biz cənab prezidentin bu istiqamətdə sərəncamlar verdiyinin şahidləriyik. Prezidentimizin sosial islahatlarının tərkib hissəsi olan yol çəkilişinin bütün yaşayış məntəqələrimizi əhatə etməsi istiqamətində real işlərin hədəfində insanlarımızın rahat həyat yaşaması dayanır".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...