PDF Oxu

İqtisadiyyat

  • 4 158

"Azərbaycanın yol infrastrukturu kökündən dəyişilib" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycanın yol infrastrukturu kökündən dəyişilib" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə son illər ərzində Azərbaycanda yol infrastrukturu kökündən dəyişib". Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.Onun sözlərinə görə, Azərbaycanın istər şəhərlərarası olsun, istərsə də ölkə və yerli əhəmiyyətli yollarının böyük əksəriyyəti əməlli-başlı yenidən qurulub: "Azərbaycan təsadüfi deyil ki, MDB ölkələri arasında özünün yollarının vəziyyətinə görə, ən yüksək yerlərdən birində qərarlaşıb. Hətta ömrüboyu asfalt yolu görməmiş kənd yerlərinə belə yollar çəkilir. Bunlardan biri də mənim Xaçmaz rayonundakı “Dədəli” kəndimdir. Orada asfalt yol çəkilib. Təbii ki, bütün bunlar insanların razılıqla qarşıladığı hərəkətlərdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev mütəmadi olaraq yol infrastrukturu ilə bağlı sərəncamlar verir. Bütün bunlar əhalinin rifah halının doğurdan da yüksədilməsinə xidmət edən addımlardır. Bu baxımdan düşünürəm ki, Azərbaycanda yollarla bağlı görülən işlər təqdirəlayiqdir. Əlbəttə ki, müəyyən qüsurlar da var və həmin qüsurlar haqqında biz zaman-zaman danışırıq. Amma ümumilikdə götürdükdə əlbəttə ki, Azərbaycanın yol infrastrukturu kökündən dəyişilib".

sia.az

Digər xəbərlər