PDF Oxu

İqtisadiyyat

  • 3 698

“Azərkosmos”dan 18,6 milyon dollarlıq xidmət ixrac olunub

“Azərkosmos”dan 18,6 milyon dollarlıq xidmət ixrac olunub

“Azərkosmos” ASC bu ilin yanvar-iyun aylarında 19 ölkəyə 18,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib. SİA İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayına istinadla xəbər verir ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87,5 faizini təşkil edib. ASC tərəfindən iyun ayında isə 18 ölkəyə 2,5 milyon dollarlıq xidmət ixrac olunub.Yarım ildə “Azərkosmos” ASC-nin xidmət ixracını həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa və Malayziyadır.

sia.az

Digər xəbərlər