PDF Oxu

İqtisadiyyat

  • 4 502

"İnnovativ sahibkarlığın inkişafında dövlətin güzəştli maliyyə dəstəyi" KONFRANS

"İnnovativ sahibkarlığın inkişafında dövlətin güzəştli maliyyə dəstəyi" KONFRANS

Bu gün Bakı Biznes Mərkəsində "İnnovativ sahibkarlığın inkişafında dövlətin güzəştli maliyyə dəstəyi" mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, konfrans Sahibkarlığın İnkişafı Fondunun bir illiyinə həsr olunub.Konfransda ilk öncə Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti və tanıtımına həsr olunmuş videoçarx izlənilib.

Sonra iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ilk öncə açılış nitqini söyləyib, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Nazir müavini qeyd edib ki, bu gün bütün dünyada sahibkarlığın inkişafına xüsusi yer ayrılır və ölkəmizdə də bu sahə prioritet hesab olunur.Daha sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Abbasov çıxış edib. Agentliyin İdarə Heyətinin sədr müavini sağlam rəqabət qabiliyyətinin mövcudluğuna toxunub və bunun müsbət nəticələrindən danışıb. O, həmçinin, startap layihələr barədə də söz açıb və uğurlarını vurğulayıb.Ardınca söz Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalova verilib. O, öz çıxışında qeyd edib ki, Sahibkarlığın İnkişafı Fondu bu günə qədər çox böyük işlər görüb.Çıxış üçün söz növbəti dəfə Türkiyədən gələn qonaq, KOŞGEB İdarə Heyəti sədrinin müavini Salih Tuna Şahinə verilib. KOŞGEB İdarə Heyəti sədrinin müavini dünya ölkələri ilə iş birliyindən danışaraq qeyd edib ki, bu iş birlikləri arasında Azərbaycana daha böyük önəm verilir.Konfrans iştirakçılar tərəfindən maraqla izlənilib və çıxışlar alqışlarla qarşılanıb.

sia.az

Digər xəbərlər