Altı ayda paytaxtın kimya sənayesində məhsul buraxılışı artıb.
Yarım ildə paytaxtın kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 184,8 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 80 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında 18,8 faiz artıb, əczaçılıq məhsullarının istehsalında isə 9,0 faiz azalma müşahidə edilib.
Əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə əsas kimya məhsullarından azot istehsalı 59,6 faiz, oksigen istehsalı 31,1 faiz azalıb, lak boya məmulatlarının istehsalı isə 2,1 dəfə artıb.
Rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı əvvəlki ilin müvafiq ayları ilə müqayisədə 57,7 faiz azalıb, liflə armaturlaşdırılmış sair bərk plastik borular, borucuqlar, qollar, şlanqların istehsalı 6,4 faiz, polietilen kisə və çantaların istehsalı 3,2 dəfə çoxalıb.
yap.org.az
Bir mədən dünya rekordu qıra bilər...
Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?
Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...
Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...
Neftayırma zavodlarını qorumaq üçün yanacaqdoldurma məntəqələrinin qiymətlərinin dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı suala hakimiyyət orqanları belə cavab verib...
Çinli tərəfdaşlar bu prosesi fəal şəkildə asanlaşdırırlar...