PDF Oxu

İqtisadiyyat

  • 4 896

Bu günədək sahələrdən 28 min 226 ton şəkər çuğunduru yığılıb

image

Bu il Azərbaycanda 7345,93 hektar sahədə şəkər çuğunduru əkilib. Bu sahələrin 5693,13 hektarı sadə üsulla, 1652,8 hektarı isə pivot sistemi ilə suvarılır. Ümumilikdə, bu il 25 rayonda şəkər çuğunduru becərilib. Ən çox şəkər çuğunduru İmişli (917,65 ha), Ağcabədi (843,5 ha), Tovuz (668 ha), Tərtər (670,45 ha) Beyləqan (557,7 ha), Füzuli (553.7 ha) rayonlarında əkilib.Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, hazırda respublikada şəkər çuğunduru yığımı davam edir. Sentyabrın 23-dək sahələrdən 28 min 226 ton şəkər çuğunduru yığılıb. Yığım göstəricisinə görə Hacıqabul rayonu öndədir. Rayonda bu il 171,8 hektar sahədə şəkər çuğunduru becərilib, bu günədək sahələrdən 8 min 498 ton məhsul yığılıb. Tovuz rayonunda 3 min 995 ton, İmişlidə 3 min 502 ton, Ağcabədidə 3 min 253 ton şəkər çuğunduru toplanıb.Şəkər çuğunduru yığımı davam edir.
AZƏRTAC

Digər xəbərlər

ABŞ sanksiyalarının təzyiqi altında Rusiya nefti öz mövqeyini itirir

Hindistan neft emalı zavodları Rusiya neftinin payını azalda bilər…

The Financial Times: Çin niyə rekord sürətlə qızıl alır?

Ölkə səkkiz ayda 1000 tondan çox qızıl idxal edib...

Ukrayna neft məhsullarını Macarıstanda saxlayacaq...

Kiyev və Budapeşt Karpat Səkkizliyi sammiti çərçivəsində müqavilə imzaladılar...

Wildberries və Ozon çoxsaylı məhkəmə iddiaları ilə üzləşib

Anbarlara PUA-ların hücumundan sonra məhkəmə iddiaları “töküldü”...

Rusiya qaçılmaz çöküşə doğru gedir...

Kreml artan yükün öhdəsindən gələ bilmir...